Ölkənin aparıcı qida şirkətləri “Güc birlikdədir!” dedilər - FOTOLAR

İQTİSADİYYAT
10:00 13.10.2020
267

"Avrora Qrup” və "Azərsun Holdinq”-in birgə təşkilatçılığı ilə Füzuli rayonunun təmas xəttində yerləşən kəndlərində yaşayan 200 ailəyə ərzaq yardımı paylanılıb.
 
"Güc birlikdədir” şüarı ilə keçirilən layihə çərçivəsində "Avrora Qrup” və "Azərsun Holdinq”-in nümayəndələri Şükürbəyli və Alxanlı kəndlərinə baş çəkərək sakinlərlərlə görüşüb, gündəlik tələbətlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat bağlamalarını onlara çatdırıb. 

Mənfur düşmənin sözügedən kəndləri mütəmadi olaraq ağlır artilleriya və top atəşləri ilə hədəf almasına baxmayaraq, əhalidə böyük ruh yüksəkliyi mövcuddur.
 
"Güc birlikdədir” aksiyasının keçirilməsində əsas məqsədlərdən biri də rəşadətli ordumuzun Qarabağı azad etmək uğrunda apardığı uğurlu əməliyyatlar dövründə atəşə tutulan kənd sakinlərinə yalnız olmadıqlarını, eyni zamanda milli həmrəyliyin güclənməsinin növbəti təzahürünü göstərməkdən ibarətdir.
 
Həmçinin qida sənayesi sahəsində rəqib olan "Avrora Qrup” və "Azərsun Holdinq” bu aksiyasını həyata keçirməklə mövzu Vətən olduqda hər kəsin çiyin-çiyinə dayanaraq Ali Baş Komandanın əsgəri olduğunu nümayiş etdirmək olub.  

Füzuli rayonu İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan görüşdə kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə, həm ölkə başçısına, həm də "Avrora Qrup” və "Azərsun Holdinq” rəhbərlərinə dərin təşəkkürünü bildiriblər. 
 





OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:49 28.10.2020

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib

08:44 28.10.2020

Tərtər artilleriya atəşinə tutulub

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”

21:22 27.10.2020

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun - Fotosu

21:17 27.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur