London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir

London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
DÜNYA
18:20 15.05.2025
914
Böyük Britaniya hökuməti Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə məsuliyyət daşıması barədə qərarını "tarixi" adlandırıb.

"ICAO Şurasının üzvü olan dövlətlərin əksəriyyəti tarixdə ilk dəfə olaraq Rusiyanın mülki hava gəmisinə (2014-cü ilin iyulunda "Malaysian Airlines”ın MH17 reysinin qəzası) qarşı silah tətbiq etməklə Çikaqo Konvensiyasını pozduğunu etiraf edib. ICAO Şurası qəbul edilmiş qərarla Beynəlxalq Mülki Aviasiya Konvensiyasına riayət etməyə sadiqliyini təsdiqləyib və dövlətlərin daha təhlükəsiz və qorunan hava məkanını təmin etmək öhdəlikləri ilə bağlı mühüm gözləntiləri formalaşdırıb", - Britaniya hökumətinin bəyanatında qeyd olunub.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, Şuranın qəbul etdiyi bu tarixi qərar "Rusiyanın məsuliyyətsiz və təhlükəli davranışını, həmçinin dinc sakinlərin həyatına etinasız yanaşmasını" açıq şəkildə əks etdirir.

O da vurğulanıb ki, Konvensiyanın müddəalarını pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar.

"Bu, ICAO-nun 80 illik tarixində Şuranın beynəlxalq hüquqi mübahisənin mahiyyəti üzrə qərar qəbul etdiyi ilk haldır. Böyük Britaniya bu şəffaf və obyektiv prosesdə ICAO-nun nümayiş etdirdiyi qətiyyəti alqışlayır. Biz beynəlxalq hüquqa və hava məkanının təhlükəsizliyinə riayət olunmasını təmin etmək səylərində ICAO-ya dəstək göstərməyə sadiqik", - hökumət bəyan edib.
 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video