“Lotu Quli”nin adamı 27 il sonra bəraət aldı - FOTO

“Lotu Quli”nin adamı 27 il sonra bəraət aldı - FOTO
KRİMİNAL
17:20 11.01.2023
1001
1996-cı ildə rəhbərlik etdiyi firmalarla o vaxtkı Ticarət Nazirliyi ilə müqavilələr bağlayaraq ölkəyə şəkər tozu gətirəcəyini vəd edib dövlətə 3 milyon manat ziyan vurmaqda təqsirləndirilən Emil Xəlilovla bağlı hökmdən verilmiş şikayətə baxılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə 2020-ci ildə daxil olmuş iş üzrə qərar elan olunub.

Hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı, təqsirləndirilən şəxsin günahsız olduğu qənaətinə gəliblər.

Məhkəmə Emil Xəlilov barəsində bəraət qərarı çıxarıb.

Qeyd edək ki, Xəlilov Emil Möhübət oğlu uzun illər beynəlxalq axtarışda olub. O, 2018-ci ildə Ukraynada həbs olunaraq Azərbaycana ekstradisiya olunub.

Həmin vaxt Ukrayna Baş prokurorunun müavini Yevgeni Yenin özünün sosial şəbəkə hesabında Emil Xəlilov haqda paylaşım edib. O, Emil Xəlilovun Ukraynada saxta sənədlərlə yaşadığını və mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb: "Emil Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda Emil Xəlilov status qazanıb və "vor zakon” olmağa can atır. Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli "vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.

Sonradan mətbu orqanlarda Emil Xəlilovun "Lotu Quli" kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı olduğu barədə məlumatlar yayılıb.

Emil Xəlilova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (sənədləri məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə təqsirləndirilən şəxsin cinayət törətməsindən 20 il keçdiyi üçün cinayət işinə xitam verib. Emil Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

Müdafiə tərəfi bəraət tələbi ilə hökmdən apellyasiya şikayəti verib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür