"Lotu Quli”nin dostları saxlanıldı - FOTOLAR

"Lotu Quli”nin dostları saxlanıldı - FOTOLAR
KRİMİNAL
23:42 31.01.2024
1204
Qazaxıstanın xüsusi xidmət orqanları bu yaxınlarda ölkələrinə aidiyyəti olan "qanuni oğru"lardan danışıb. Əvvəlcə onu qeyd edək ki, artıq neçə aydır ki, Orta Asiyada mütəşəkkil cinayətkarlığa və onun rəhbərlərinə qarşı mübarizə ən yüksək səviyyədə başlayıb.

İlk yaxalanan qurban daha çox "Kamçı Kolbayev" kimi tanınan kriminal bos qırğız Kamçıbek Asanbek olub. Bu hadisədən sonra regiondakı cinayətkar nümayəndələr ehtiyatlı davranmağa başladılar.

Bu il qışın əvvəlində Özbəkistanda da kriminal avtoritetlərin kütləvi həbsləri başladı. Saxlananlardan birincisi "Səidəziz medqorodok" ləqəbi ilə tanınan Səidəziz Səidəliyev idi. Daha sonra ölkənin ən nüfuzlu "avtoritetlərindən" biri, "Səlimbay" və "Salmboyvaçça" ləqəbləri ilə tanınan Səlim Əbdüvəliyevin saxlanılması ilə bağlı məlumat yayılıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi "qanuni oğru"lar S.Camanayev və B.Sturuanın islah müəssisələrində cəza çəkdiyini təsdiqləyiblər. Qeyd edək ki, komitənin açıqlamasında söhbət "Serik qolova" ləqəbli Serik Camanayev və "Bondo Qazaxıstanskiy" kimi tanınan Bondo Sturuayadan gedir. Onlardan birincisi 19 il, ikincisi 22 il müddətinə azadlıqdan məhrum edilib.

Serik Camanayev

Onu da qeyd edək ki, Serik Camanayev azərbaycanlı əfsanəvi "qanuni oğru" "Lotu Quli" kimi tanınan Nadir Səlifovun yaxın dostlarından biri olub.

"Bondo Qazaxıstanskiy"

Bundan başqa, Təhlükəsizlik Komitəsinin məlumatına görə, Qazaxıstanın daha iki vətəndaşı oxşar statusa malikdir - kriminal dairələrdə "Samar" ləqəbi ilə tanınan, Yunanıstanda "taclandırılan" "qanuni oğru" Samarkan Axmetov. O, 10 ildən artıq beynəlxalq axtarışda idi. Lakin bu ilin yanvarında o, Almatı hava limanına gələrkən saxta sənədlərlə sərhədi keçmək istəyərkən saxlanılıb."Samar"

Digər qanuni oğru isə Aytkali Maymuşevdir. Maraqlıdır ki, onun 3 ləqəbi var - "Lexa Maymış", "Lexa Semipalatinsk" və "Titanik". Komitənin məlumatına görə, o, hazırda Rusiyada cəza çəkir. KİV-in məlumatına görə, ötən ilin yayında Maymuşev Moskva Şəhər Məhkəməsi tərəfindən 9 il müddətinə azadlıqdan məhrum edilib. O, "cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda" və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.

"Lexa Maymış"
 
///lent.az
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
Yer kürəsində maqnit fırtınası başladı
20:46 10.10.2026
Yer kürəsində maqnit fırtınası başladı