Lütfi Zadə Rafiq Əliyevi işdən çıxaran rektora məktub göndərdi
Bütün Xəbərlər
19:30 11.11.2011
1821
“Mən öz mesajımı universitetin rektoruna yazılı şəkildə göndərmişəm” Akademik Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən kənarlaşdırılmasına onun yaxın dostu və müəllimi olan Kaliforniyanın Berkli Universitetinin professoru, Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadə münasibət bildirib. O, məsələ ilə bağlı açıqlamasında Azərbaycan Dövlət Neft Akademiyasının rektoruna məktub ünvanladığını söyləyib: “Mən bu barədə telefonla danışmaq istəmirəm. Mən öz mesajımı universitetin rektoruna yazılı şəkildə göndərmişəm”. Vəzifədən azad olunması ilə bağlı verilən əmrə akademik Rafiq Əliyev özü münasibət bildirmək istəmədi və baş verənlərə ictimaiyyətin reaksiyasını gözlədiyini dedi. “Hələlik bunlara heç bir fikir bildirmək istəmirəm”, – deyə alim bildirib. Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrasının müdiri olan Rafiq Əliyevə işdən azad olunması ilə bağlı əmr noyabrın 4-də təqdim olunub.