Modelin vətəninə gəlişi əsasən, dost-tanışlarını əzizlərini ətrafına cəm edib, özünün növbəti doğum günün qeyd etmək olub. Paytaxtın gecə klubların birində baş tutan Günayın doğum günü şənliyində modelin ən yaxın dostları – yerli şou-biznes nümayəndələrindən müğənni Elnur Məmmədov, Emil Bədəlov, Sevinc Ağaşirinova, prodüser Tolik (Tarix Əliyev), stilist Anar Ağakişiyev, modelyer Romazzo və digərləri də olub.
İllərdən bəri Günayla dostluq edən müğənni Elnur, 24 yaşı tamam olan modelə brilyant sırğa dəsti bağışlayıb. Əldə etdiyimiz məlumata görə hədiyyənin dəyəri 3500 ABŞ dollarıdır. Sırğa modelin o dərəcədə xoşuna gəlir ki, G.Musayeva onları bir an belə qulaqlarından çıxarmır.
Milli.Az xəbər portalına açıqlamasında ad gününü qeyd etməkdən məmnun olduğunu dilə gətirən səbəbkar, özü-özünə dilədiyi arzuları haqda belə danışdı: “İlk əvvəl göstərdikləri diqqətə görə bütün dostlarıma təşəkkür edirəm. O, ki, qaldı qonaqlarımın çox olmamasına, bunu da özüm istədim. Deyim ki, xalq artisti Aygün Kazımova zəng vurub telefonla məni təbrik etdi. Amma işlərinin çoxluğundan gələ bilmədi. Həm də müğənni Ruhi xanım təbrik edib xoş arzularını dilə gətirdi. Amma çox istərdim ki, ən şad günümdə sevdiyim şəxs də yanımda olaydı. Heyif ki, işləri çox olduğundan Türkiyədə qalmaq məcburiyyəti var idi. Amma İstanbulda olarək birlikdə qeyd etmişdik öz aramızda. Özümə arzularım da ondan ibarətdir ki, həmişə ürəyimdən sevgi əksik olmasın. Əhatəmdə məni sevən dostların sevgisini hiss edib, sənətimdə daha böyük nailiyyətlərə imza atım. Əsas odur ki, Tanrının daim məni qoruduğunu hiss edirəm. Müsahibələrimdə hər zaman bunu vurğulamışam, amma yenə təkrarlayıram ki, mən öz millətimə bağlı bir insanam. Və Azərbaycanı peşəkar model kimi Türkiyədə layiqincə təmsil etdiyimə görə qürur hissi ilə yaşayıram” - deyə Günay fikirlərini bölüşdü.
Qeyd edək ki, model hələ daha bir neçə gün Azərbaycanda olacaq. O, bu saatlarda müğənni Elnurla çəkiliş meydançasındadır. Jurnalların biri üçün fotosessiya çəkdirən cütlük, şəkillərdə yaranacaq obrazlarını mahiyyətini indidən açıqlamaq istəmədi.