"Müharibə təhlükəsi ermənilərin ölkəni tərk etməsini sürətləndirib"

Bütün Xəbərlər
17:32 01.02.2011
1670

Hazırda ərəb dünyasında baş verən hadisələr Ermənistan üçün də təhlükə yaradır. Bu fikri Ermənistan Sosioloji Assosiasiyasının prezidenti Qevorq Poqosyan ifadə edib. “Hazırda mən Ermənistanın özünüməhv yolunu getməsindən qorxuram, çünki biz XXI əsrdə bir sıra ölkələrin səmərəsiz idarəçilik səbəbindən müflis olmaları və böyük beynəlxalq ittifaqlara qoşulmalarının şahidi olacağıq”, - deyə erməni professor həyəcan təbili çalıb.

Poqosyanın sözlərinə görə, Ermənistanın özünüməhv yolu ilə getməməsi üçün hər şey etmək lazımdır, çünki bu gün ölkədə ümumi tendensiya mənfidir. 

Ölkəsinin daxili siyasi vəziyyətinə toxunan sosioloq qeyd edib ki, həm Ermənistanda, həm regionda hazırda baş verən proseslər qarşıdan gələn seçkilərə daha güclü təsir göstərə bilər, məsələn 2008-ci il 1 mart hadisələri təkrarlana bilər. 

Qeyd edək ki, 2008-ci ilin sözügedən tarixində Ermənistanda polislə mintinqçilər arasında baş verən qarşıdurma zamanı 10 nəfər həlak olub.

 

// Ans Press

OXŞAR XƏBƏRLƏR