Mədət Quliyev: “Əfv olunanlara kömək olunmalıdır”

Mədət Quliyev: “Əfv olunanlara kömək olunmalıdır”
Bütün Xəbərlər
17:19 27.05.2011
1570

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev isə ANS vasitəsilə azadlığa çıxanlara kömək olunması ilə bağlı onların qohumlarına müraciət edib: “Əfv olunan şəxslərin ailələrinə, dostlarına və digər yaxınlarına üzümü tutaraq deyirəm ki, bu şəxslərə kömək olunmalıdır. Bunlar həyatlarında çətin proseslərdən keçiblər. Cinayət törədiblər, o cinayətlərinə görə məhkum olunub cəza çəkiblər. İndi onlar normal həyata qayıtmalıdırlar, üzərlərinə müəyyən məsuliyyət düşür. Çünki onları prezidentimiz vaxtından əvvəl əfv edərək azadlığa çıxarıb. İndi o şəxslər həyatlarını elə qurmalıdırlar ki, Azərbaycan xalqının etimadını doğrultsunlar”.

OXŞAR XƏBƏRLƏR