Bunu Tələbə Qəbulu üzrə Dövlət Qəbulu Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, 863 nəfər hələ imtahana buraxılış vərəqəsini çap etdirərək götürməyib. İmtahanın keçiriləcəyi iyunun 26-da Bakıda hərbi parad təşkil olunacaq. TQDK sədri bildirib ki, bakalavrlar imtahana buraxılış vərəqəsini gec və ya iyunun 26-da səhər saatlarında götürsələr, imtahan verəcəkləri məkanlara çatmaya bilərlər: “Çünki həmin gün Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində problemlər olacaq. Bakalavrlar imtahana buraxılış vərəqəsini vaxtında çap edərək götürməlidirlər ki, harada imtahan verəcəklərini və buna uyğun olaraq həmin yerlərə vaxtında çata bilsinlər”.