Maaşlar 10 faiz artırılacaq

Bütün Xəbərlər
18:05 18.04.2011
3209

İyun ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsi gözlənilir. Bu zaman əsas müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən qurumlarla bağlı olacaq.Büdcəyə ediləcək dəyişikliklər nəticəsində Azərbaycanın 2011-ci ilin dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 milyard manata qədər artırılacaq. Bu sırada maaş və pensiyaların bir neçə dəfə artımı planlaşdırılır. Artim əməkhaqları dövlət büdcəsindən maliyyələşən və orta aylıq əmək haqqı aşağı olan sahələri əhatə edəcək. Hansıki bu sıraya həkimlərin və müəllimlərin əmək haqlarını şamil etmək olar. 

Nəzərə çatdıraq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bir müddət əvvəl ölkədə əməkhaqqı artımı təklifi ilə çıxış etmişdi. Mərkəzin rəhbəri, iqtisadi-ekspert Vüqar Bayramov 2011-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər zamanı gəlirlərlə yanaşı xərclərinin də çoxaldılacağını bildirir: “Hökümət 2011-ci ildə Azərbaycanda orta aylıq əmək haqqını 379 manata, 2012-ci ildə 431, 2013-də 485, 2014-cü ildə isə 551 manata çatdırmağı proqnozlaşdırır. İyun ayında dövlət büdcəsinə gözlənilən əlavə və dəyişikliklər büdcədən sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcminin artmasına gətirib çıxaracaq”.


Əməkhaqlarının mərhələli artımını təklif edən iqtisadçı əməkhaqların 10 faiz artırılacağının gözlənildiyini deyir: “Güman edilir ki, ötən ildən fərqli olaraq bir sıra kateqoriyalar üzrə artımlara gediləcək”.

O, artımların qiymətlərə təsirsiz ötüşməyəcəyini söyləyir. V. Bayramovun fikrincə, əməkhaqqı artımlarının istehlak bazarına təsirlərini azaltmaq və eləcə də yeni qiymət artımları üçün baza yaratmasının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Çünki dövriyyədə pul kütləsinin artması nəticə etibari ilə qiymətlərin qalxması və 2011-ci ilin 2-ci yarımilində Azərbaycanda daha yüksək inflyasiyanın yaranmasına səbəb ola bilər.

//Ans Press

OXŞAR XƏBƏRLƏR