Maestro Niyazinin oğulluğu “Kalaşnikov”la tutuldu - FOTO

Maestro Niyazinin oğulluğu “Kalaşnikov”la tutuldu - FOTO
KRİMİNAL
18:06 12.04.2023
1441
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ceyhun Kafi şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı çantadan "Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb. C.Kafi ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

APA-nın əldə etdiyi xəbərə görə, Ceyhun Teymur oğlu Kafi dəfələrlə məhkum olunub. O, 2011-ci ildə də Bakının Səbail rayonu ərazisində avtomatla saxlanılıb. Bundan başqa, Ceyhun Kafi narkotiklə bağlı da məhkum edilib. Onun narkotik aludəçisi olduğu deyilir.
O hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz odlu silah saxlama) maddəsi üzrə ittiham olunur.
Ceyhun Kafi vaxtilə maestro Niyazi tərəfindən övladlığa götürülüb. Maestro haqqında filmdə də Ceyhunun uşaqlıq illəri ilə bağlı görüntülər var. Bu barədə "Qara Talelər” sənədli filmində də bəhs olunub.

Həmin film Niyazinin oğulluğu Ceyhun Kafidən bəhs edir.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür