Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan olunub

Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan olunub
SOSİAL
20:03 22.07.2025
838
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

AZXEBER.COM Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri Mərkəzin internet saytında yerləşdirib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında "Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5798 nəfər dövlət sifarişi, 7648 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 24 iyul – 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
15:32 29.10.2026
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
15:24 29.10.2026
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
15:19 29.10.2026
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
15:16 29.10.2026
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
Qan qruplarına görə insan xasiyyəti
15:10 29.10.2026
Qan qruplarına görə insan xasiyyəti