Mahir Emreli: “Qarabağ” ÇL-in qrup mərhələsində də çox gözəl işlər görə bilər”

Mahir Emreli: “Qarabağ” ÇL-in qrup mərhələsində də çox gözəl işlər görə bilər”
İDMAN
18:28 23.08.2022
387
Çempionlar Liqasında "Qarabağ”dan başqa, Azərbaycanın bir təmsilçisi də var. Bu, "Dinamo Zaqreb”in şərəfini qoruyan Mahir Emrelidir. Futbolçumuzun komandası ilk matçda səfərdə Norveçin "Bode Qlimt” klubuna minimal hesabla - 0:1 uduzub. Xorvatiya çempionu sabah evdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Maraqlıdır ki, "Qarabağ” futbol tariximizdə ilk və hələlik son dəfə ÇL qrupuna düşəndə komandamızın Bakıda "Kopenhagen”i məğlub etdiyi oyundakı yeganə qola Mahir imza atmışdı. 
Xeyli vaxtdır zədədən əziyyət çəkən Emreli bu məsələlərlə bağlı Sports.az saytına blits-müsahibədə danışıb. 

- Zədə səbəbindən uzun müddətdir sabit çıxış edə bilmirsən. İndi durumun necədir?

- Şükür, tam olaraq yaxşıyam. Zədə ilə bağlı artıq heç bir problem yoxdur. Sadəcə, bir ay məşqlərdən uzaq qalmışdım. Buna görə optimal formamdan uzağam. Amma zamanla formamı bərpa edib klubuma faydalı olmağa çalışacam. 

- "Dinamo Zaqreb” ilk matçda səfərdə "Bode Qlimt”ə uduzdu. Sabah bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqsınız...

- Bəli, bizi ağır oyun gözləyir. "Bode Qlimt”, həqiqətən, çox yaxşı komandadır. Səfər qarşılaşmasında da bunu göstərdi. Düzdür, orada bəzi maneələr var idi. Məsələn, meydanın süni örtüklü olması. Amma evdə tamam başqa oyun olacaq. Bizim çox güclü və yaxşı təşkil olunmuş komandamız, fərdi bacarıqları ilə oyunu dəyişə biləcək futbolçularımız var. İlk oyundakı səhvlərimizə baxmışıq və rəqibi yaxşı incələmişik. Ümid edirəm ki, qalib gəlib ÇL qruplarına vəsiqə qazanacağıq.

- Keçmiş komandan da ÇL qrupuna düşmək üçün bu gün mücadilə verəcək. Maraqlıdır ki, ilk dəfə "Qarabağ” bunu bacaranda sənin Bakıdakı oyunda vurduğun qələbə qolunun çox böyük əhəmiyyəti olmuşdu...

- Öncə keçmiş komandama uğurlar arzulayıram. Bura mənim doğma evim olub. Hər zaman "Qarabağ”ı dəstəkləyirəm və uğurlarına sevinirəm. Bu mövsüm sərgilədikləri oyunla Çempionlar Liqasının qrup mərhələsinə layiq olduqlarını sübut ediblər. Hətta qrup mərhələsində də çox gözəl işlər görə bilərlər. Sadəcə, bu gün bunu rəsmiləşdirmək üçün son nöqtəni qoymaq lazımdır. 

- "Qarabağ”ın Plzendəki matçda şanslarını necə dəyərləndirirsən?

- "Qarabağ” uğurlu nəticələrdən savayı, çox gözəl, izləməkdən zövq aldığımız oyun nümayiş etdirir. Əgər əvvəllər yalnız top saxlamaqla diqqət çəkirdisə, indi həm hücumdakı oyunu, həm sürətli hücumlar zamanı müdafiəni unutmaması və bir çox başqa komponentlərə görə çox mükəmməl təşkil edilmiş, balanslaşdırılmış komanda olduğunu göstərir. "Qarabağ”ın bu axşam uğurlu nəticə əldə edib, qrup mərhələsinə vəsiqə qazanacağına inanıram.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır