Mahir Emreli Rusiyada erməni futbolçu kimi təqdim olundu - FOTO

İDMAN
11:59 16.09.2021
1272
Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan Sports.ru futbolçumuz barədə ciddi yanlışlığa yol verib.

O, futbol azarkeşlərinə erməni futbolçu kimi təqdim edilib.
 

 

Qeyd edək ki, dünən UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya” klubu dünən Moskvada yerli "Spartak”a əlavə vaxtda vurulan qolla 1:0 qalib gəlib.

Bu matçda Emreli də qol vurmağa yaxın olub. Onun baş zərbəsi qapı dirəyinə tuş gəlib. Matça start heyətdə başlayan Mahir 82-ci dəqiqədə çexiyalı hücumçu Tomaş Pekhartla əvəzlənib.

OXŞAR XƏBƏRLƏR