Makedoniyalı futbolçudan Azərbaycan şəhidləri ilə bağlı paylaşım - FOTO

İDMAN
10:56 15.07.2020
1447

Makedoniyalı futbolçu Muarem Muarem Azərbaycana dəstək olub.

AZXEBER.COM xəbər verir ki, vaxtilə ölkəmizdə çıxış etmiş futbolçu baş verən hadisələrə biganə qalmayıb.

"Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem sosial şəbəkə vasitəsilə dəstək paylaşımı edib. O, "Başın sağ olsun, Azərbaycan” həştəqi ilə "Qarabağ Azərbaycandır” yazılan Azərbaycan xəritəsini paylaşıb.

Qeyd edək ki, türk əsilli Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ”da çıxış edib. 31 yaşlı hücumameyilli yarımmüdafiəçi 2018-ci ildən klubsuzdur.

OXŞAR XƏBƏRLƏR

X Mostbet