15:03 Bazar Günü, 23 Fevral 2020
KRİMİNAL

Mal-qara oğrusu həbs olundu

14:08, 18.09.20133921
Mal-qara oğrusu həbs olundu

Tərtər rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.

Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Elvin Kərimov bildirib ki, saxlanılanlar Goranboyun Qaradağlı kəndində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkünlər Zamanov Yaşar Sahib oğlu və qardaşı Nadir Zamanovdur.

Onlar Tərtərin Mamırlı kənd sakininin 8 baş qoyununu oğurlamaqda təqsirləndirilir.

Saxlanılan qardaşlar etiraf ediblər ki, təkcə Tərtərdə deyil, başqa rayonlarda da iri və xırdabuynuzlu heyvanları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb.//apa

XƏBƏR LENTİ