Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA - VİDEO

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA - VİDEO
İQTİSADİYYAT
11:54 02.06.2021
909
Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Qaydalara uyğun olaraq, nazirlikdə "Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış "Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.

Büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və qiymətləndirilməsinin nəticələrinə dair arayışın tərtibi gömrük rüsumları üzrə təklif olunan güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyi avqustun 15-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, "Büdcə sistemi haqqında” qanunun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim edir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub