Maliyyə və şəxsi münasibətlərdə uğur qazanacaq bürclər

Maliyyə və şəxsi münasibətlərdə uğur qazanacaq bürclər
MARAQLI
23:30 28.07.2026
255
İyulun sonu və avqust ayında bəzi bürclər üçün uğurlu dəyişikliklər və yeni imkanlar gözlənilir.

AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, xarici astrologiya mətbuatının proqnozlarına əsasən, planetlərin təsiri üç bürcün həyatında mühüm dönüşlərə səbəb ola bilər.

Qoç
Qoçların son həftələrdə itirdiyi motivasiya və həvəs yenidən geri qayıda bilər.

Günəş və Uranın təsiri bu bürcün nümayəndələrinə qətiyyət və sürət qazandıraraq təxirə saldıqları işlərə başlamaq üçün əlverişli şərait yaradacaq. Cəsarətli addımlar atmaq və şəxsi məqsədlərə çatmaq üçün öz gücünə inanmaq əsas rol oynayacaq.

Şir
Yupiterin Şir bürcündə olması və Günəşin təsiri bu bürcün nümayəndələri üçün uğurlu dövr vəd edir. İyulun sonundan başlayan müsbət enerji avqust boyunca davam edərək karyera və sosial həyatda yeni imkanlar yarada bilər. Maliyyə və şəxsi münasibətlərdə də Şirlərin daha cəlbedici və diqqətçəkən olacağı proqnozlaşdırılır.

Tərəzi
Tərəzilər üçün əvvəllər riskli və qeyri-adi görünən ideyalar uğurlu nəticələr gətirə bilər. Bu dövrdə yaradıcılıq və əməkdaşlıqlar ön plana çıxacaq, yeni layihələr üçün imkanlar genişlənəcək. Özünəinamın artması Tərəzilərə həm ictimai layihələrdə, həm də yeni işbirliklərində uğur qazanmağa kömək edə bilər.
OXŞAR XƏBƏRLƏR