Son günlər Azərbaycanın milli valyutası - manatın məzənnəsinin dollar nisbətən aşağı düşməsi ölkədə qiymət artımı ilə bağlı bəzi məlumatların yayılması ilə müşahidə olunur.
Bunların içərisində diqqət çəkən məqamlardan biri paytaxt sakinlərinin daha çox istifadə etdiyi metroda gediş haqqında qiymət artımının olması ilə bağlı məlumatlardır.
Sözügedən məsələ ilə əlaqədar Bakı Şəhər Metropoliteni İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZXEBER.COM-a bildirdi ki, metroda gediş haqlarında qiymət artımı yaxın gələcəkdə gözlənilmir: “Bu məsələ ilə bağlı Metropoliten İdarəsi Tarif Şurasına rəsmi müraciət etməyib. Bu barədə konkret məsələnin isə Bakı Şəhər Metropoliteni İdarəsində yaxın zamanda müzakirəsi gözlənilmir”.
Orxan