xari

"Mançester Siti" tarixində ilk dəfə finalda

İDMAN
02:15 05.05.2021
293

UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Fransadakı ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin "Mançester Siti" klubu cavab görüşündə də qələbə qazanıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Mançester təmsilçisi tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.

"Şəhərlilər"in hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

"Mançester Siti"nin finaldakı rəqibi bu gün keçiriləcək "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

23:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0

Qollar: Riyad Mahrez, 11; 63

Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)

İlk oyun - 2:1

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.

OXŞAR XƏBƏRLƏR