Mançester Universitetində "Azərbaycan günü" keçirildi

GƏNCLİK
12:05 16.12.2011
2666
ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təqaüdçülərin oxuduqları ali təhsil müəssisəsində Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər keçirmələri artıq ənənə halını almışdır. Bunun üçün Dövlət Neft Şirkəti təqaüdçülərini bütün lazımi materiallarla təmin edir, onlara hər cür dəstək verir. ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təqaüdçülərin oxuduqları ali təhsil müəssisəsində Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər keçirmələri artıq ənənə halını almışdır. Bunun üçün Dövlət Neft Şirkəti təqaüdçülərini bütün lazımi materiallarla təmin edir, onlara hər cür dəstək verir. Bu silsilədən olan növbəti tədbir Böyük Britaniyanın Mançester Universitetində təşkil olunmuşdur. ARDNŞ və Təhsil Nazirliyi xətti ilə təhsil alan azərbaycanlı tələbələr respublikamızın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş təqdimetmə mərasimində Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin nümayəndə heyəti, ARDNŞ-nin bu ölkədəki nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin rəis müavini Mahal Mehdiyev qonaq qismində iştirak etmişlər. Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin birinci katibi Vüsal Abdullayev iştirakçılara ölkəmiz haqqında qısa məlumat vermiş, onun tarixi, iqtisadiyyatı, dünya birliyində yeri və rolu barədə söz açmışdır. Sonra təqaüdçülər tərəfindən Azərbaycan haqqında geniş təqdimat keçirilmişdir. Təqdimatda Azərbaycanın tarixi, Qarabağ münaqişəsi, iqtisadi nəaliyyətləri, milli musiqisi, mətbəxi və s. öz əksini tapmışdır. ARDNŞ-nin Böyük Britaniyadakı Nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev tərəfindən keçirilmiş təqdimatda isə Azərbaycan neftinin tarixi, ölkədə həyata keçirilən neft-qaz siyasəti, qazanılan uğurlarda Dövlət Neft Şirkətinin rolundan bəhs olunmuş, slaydlar nümayiş etdirilmişdir.

OXŞAR XƏBƏRLƏR