Manchester City Sterlinqlə danışıqlara başladı

Manchester City Sterlinqlə danışıqlara başladı
İDMAN
17:52 22.11.2019
26808

Manchester City futbolçusuyla danışıqlara başlayır.

"şəhərlilər" Rəhim Sterlinqlə müqavilənin müddətini uzatmaq niyyətindədir. 24 yaşlı futbolçuyla bir il əvvəl 300 min funt-sterlinq dəyərində müqavilə imzalayan Mançester klubu, yeni şərtlərlə uzunmüddətli - 2023-cü ilədək nəzərdə tutulacaq sözləşmə imzalamağı planlaşdırır. Yeni müqaviləyə görə, Sterlinq Premyer Liqada ən çox qazanan futbolçu olacaq.

Qeyd edək ki, 2015-ci ildə Liverpool-dan Manchester City-yə keçən futbolçu, cari mövsümdə iştirak etdiyi 17 oyunda 14 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

goal.az

OXŞAR XƏBƏRLƏR