‘Marketing AIR’ Trainingləri Başlayır...

‘Marketing AIR’ Trainingləri Başlayır...
GƏNCLİK
12:50 05.09.2012
1865

“Marketing AIR” TəlimləriBaşlayır...

Mətn:

Azərbaycanın İLK Gənclər Klubu “IB Club”un rəsmi tərəfdaşlığı ilə... “Marketing AIR” Təlimləri... Marketing Sahəsi üzrə yeni biliklərə yiyələnmək və bildiklərini dərinləşdirmək istəyənlər, bu Şans sizin üçündür...

“Marketing AIR” marketinqə dair müxtəlif mövzuları özündə birləşdirən treninq proqramıdır. Treninqlərdə şirkətlərdə çalışan menecerlər, rəhbərlər, tələbələr və maraqlanan hər kəs iştirak edə bilər. Təlimlər strateji marketinq, brendinq, müştəri psixologiyası və marketinq kommunikasiyaları kimi mövzular real təcrübələr əsasında tədris olunmaqla 3 hissədən ibarət olacaq. Hər bir istiqamətə aid 10 məşğələ olacaq və bütün dərslər Steinbeis Global İnstitutunun xüsusi marketinq hazırlığı proqramı ilə həyata keçiriləcək. 1. Strateji marketinq- Azərbaycan və yerli şirkətlərdə tətbiq edilən marketinq strateqiyaları, onların praktik tərəflərində meydana çıxacaq məsələləri müzakirə edərək şəxsi təcrübələrdən misallar veriləcək. Həmçinin burada strateji idarəetmədə olan yeni tendensiyalar barədə danışılacaq. 2. Brendinq- Burada yerli şirkətlərdə brendinqin təşkili haqqında real təcrübələrdən söhbət açılacaq və bütün mövzular sırf keys xarakteri daşıyacaqdır. Brendinq muasir biznesin əsası olduğundan təlimlərın üzərində ciddi işlənilərək daha faydalı məlumatlar paylaşılacaq. 3. Yeni marketinq, kommunikasiyalar və müştəri psixologiyası- Bu silsiləyə aid təlimlər marketinqin gələcəyi, muasir marketinq texnoloqiyaları, bir sözlə gələcək marketinq barədə söhbətlər olacaq və marketinq kommunikasiyalarından danışılacaq. Eyni zamanda müasir dövrdə uğura gedən yol müştərinin qəlbindən keçdiyindən onun “qəlbini” ələ almaq üçün müştəri psixologiyası haqqında yerli və xarici praktika paylaşılacaqdır. “Marketing AIR” təlimlərı ümumilikdə 3 proqram paketi üzrə keçirilir. Hər bir seminar 1.5 saat davam edəcək, işləyənləri nəzərə alaraq təlimlər saat 18:00-dan sonra keçiriləcəkdir. Seminar vaxtları öncədən hər kəsə telefon və mail vasitəsilə bildiriləcəkdir. Təlimlər zamanı operativ qərarverməni gücləndirmək üçün keyslərdən istifadə olunacaqdır. 1-ci proqram paketi– bu paketə ümumi 9 seminar daxildir və 1 ay ərzində həftə içi günlərə bölünməklə keçiriləcək. Bu paketə əlavə olaraq 1 nəfər uğurlu yerli şirkətlərdən birinin marketinq direktoru praktik seminarla çıxış edəcək. İştirakçılara seminarda iştirakla bağlı sertifikat veriləcəkdir. 2-ci proqram paketi– bu paketə ümumi 18 seminar daxildir və 2 ay ərzində həftə içi günlərə bölünməklə keçiriləcək. Bu paketə əlavə olaraq bazarda uğurla addımlayan 2 şirkətin marketinq direktoru, departament rəhbəri və ya hər hansı məsul işçisi praktik seminarla çıxış edəcək. İştirakçılara seminarda iştirakla bağlı sertifikat veriləcəkdir. 3-cü proqram paketi– bu paketə ümumi 27 seminar daxildir və 3 ay ərzində həftə içi günlərə bölünməklə keçiriləcək. Paketə əlavə olaraq 2 nəfər yerli şirkətin marketinq direktoru ilə praktik seminar və 1 nəfər yerli şirkətlərdən birinin sahibkarı ilə müzakirə, sual-cavab xarakterli görüş təşkil ediləcəkdir. 3-cü proqram paketini seçənlər əvvəlkilərdən fərqli olaraq proqramı uğurla keçdiyinə görə diplomla təltif ediləcək. Həmçinin bu paketi seçənlər arasında keçiriləcək olan diplom işi müsabiqəsinə görə qalib olan 1 nəfər 2013-cü il Türkiyədə İstanbul şəhərində yerləşən Boğaziçi universitetində keçirilən Marketinq Konfransında pulsuz iştirak haqqı qazanacaqdır. Proqramın ödəniş haqqı: 1-ci proqram paketi – 70 azn, 2-ci proqram paketi – 120 azn, 3-cü proqram paketi – 150 azndir. Treninqlər marketinq sahəsində təcrübəli şəxslər tərəfindən keçiriləcəkdir. Anar Bayramov- "Moderniture" şirkətinin Baş Menecer Müavini İlkin Manafov-"Embawood" şirkətinin marketinq direktoru Rafiq Vəliyev- "İdeal Perfumery and Cosmetics" şirkətinin marketinq direktoru

Marketing AIR təlimlərında iştirak etmək üçün aşağıdakı keçidi izləyərək qeydiyyatdan keçməyiniz lazımdır: https://facemark.az/marketingair/#.UDyK4dbib3A Yuxarıda qeyd olunmuş linkdən istifadə etməklə qeydiyyat üçün lazımı məlumatları əlavə edərək qeydiyyatınızı tamamlamış olursunuz. Qeydiyyatdan keçdikdən sonrakı prosedurlar barədə əməkdaşlarımız Sizinlə telefon və maillə əlaqə saxlayıb bilgilər verəcəkdir. Təlimlərın keçirilmə vaxtı, yeri və ümumiyyətlə istənilən yenilik operativ olaraq Sizə çatdırılacaqdır. Treninqlərin ilk günü 01 oktyabr 2012-ci il olaraq nəzərdə tutulub. Qeydiyyat isə 25 avqustdan 25 sentyabradək davam edəcəkdir. *** Qeyd: Təlimdə iştirak edəcək IB Club üzvləri Marketingə aid dəyərli kitab əldə edəcək və aktiv iştirakçılar şirkətlərdə praktika keçmə imkanı əldə edəcəklər. * IB Club üzvləri ödənişi hissə hissə etmək imkanına malikdirlər. Əlavə məlumat üçün və qeydiyyat üçün: 055 238 40 08, 012 480 34 61, 070 333 05 30. Email: [email protected]/* */ Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 1, 6cı mərtəbə.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"