AZXEBER.COM xəbər verir ki, "24News.ge” xəbər portalının yaydığı məlumata görə, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib.
Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb.
Məhkəmənin qərarına əsasən, Kənan İsmayılovun həbs müddəti aprelin 6-da saxlanıldığı tarixdən hesablanacaq.
İş üzrə daha üç nəfər barəsində isə iki il müddətinə şərti cəza təyin edilib. Prokurorluğun məlumatına görə, hadisə aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranan mübahisə zamanı baş verib.











































