Marsa uçacaq 31 yaşlı azərbaycanlının - MÜSAHİBƏSİ

Marsa uçacaq 31 yaşlı azərbaycanlının - MÜSAHİBƏSİ
Bütün Xəbərlər
10:22 14.10.2014
830

Allen (Ələkbər) Mirqədirov oktyabrın 16-də Havayda başlayan Marsa şərti 8 aylıq uçuş ekipajının 6 üzvündən biridir. 

ABŞ HHQ-nin 31 yaşlı zabiti, komandanın bort mühəndisi Allen Bakıda dünyaya gəlib və böyüyüb. 90-cı illərin əvvəllərində, o 10 yaşında ikən ailəsi ABŞ-a köçüb.

Bu yaxınlarda Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən eksperiment üçün seçilib.

AZXEBER.COM xəbər verir ki, Allen Turan-a müsahibəsində Allen bu qeyri-adi hadisə haqqında məlumatları bölüşüb:

“Bu eksperimetn NASA (ABŞ-ın Milli Kosmik Agentliyi) tərəfindən keçirilir. Onun məqsədi 8 ay ərzində ekipaj üzvlərinin uyğunlaşa bilməsini yoxlamaq məqsədilə daha çox sayda eksperiment həyata keçirməkdən ibarətdir. Marsa uçuş və geri dönüş məhz bu qədər zaman alacaq. Vəzifə mümkün psixoloji problemləri araşdırmaqdan və Marsa uçuşlar həyata keçirilməyə başladıqda bu təcrübədən istifadə etməkdən ibarətdir”, deyə Allen bildirib.

“Ekipajda üç kişi və üç qadın var. Ekipaj komandiri Marta adlı qadındır, o, Kanadalıdır, məndən başqa, qalan üzvlər Ameriakda dünyaya gəlib.

Eksperimentdə mən avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun saz vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıram.

Ümumi vəzifələrdən başqa mənim öz eksperimentim də olacaq – uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması. Bunun mənası planetlərin Günəş Sistemində hərəkətini nəzərə alaraq, Marsa gedən yolun ən optimal yolunu hesablamaqdan və çizməkdən ibarətdir. Ola bilər ki, Marsa uçuş müddətini azaltmaq olar”, deyə Allen bildirib.

Bu eksperiment nə vaxtsa iştirakçıların Marsa uçacağı deməkdir? Bu suala cavabda Allen deyib ki, belə bir zəmanət yoxdur. “Bizim hamımıza deyiblər ki, bu, yalnız eksperimentdir, amma o, uğurlu keçərsə və ekipaj üzvlərinin davranışından asılı olaraq, onların gələcəkdə Marsa gedən ilk ekipajlarda olmaq şansı daha çox olacaq”.

Bunun nə vaxt baş verə biləcəyi barədə suala cavabda Allen deyib ki, bu, ən tez 2022-ci ildə baş tuta bilər. Burada texniki məsələlərdən başqa, sırf maliyyə tərəfi də var, yəni bu qədər bahalı layihənin maliyyələşdirilməsi Konqres tərəfindən təsdiq edilməlidir.

Namizədlər necə seçiləcək? Bu suala cavabda Allen deyib ki, çox sayda testlər olub. Namizədləri bir neçə mərhələdə seçiblər: ixtisasdan başqa, fiziki və psixoloji vəziyyəti, xarakteri, uyğunlaşa bilmək qabiliyyətini yoxlayıblar. Sonuncu mərhələdə 10 namizəd qalmışdı, onları həyatda qalmaq qabiliyyətlərini yoxlamaq üçün sözün əsl mənasında meşəyə atmışdılar.

“Biz 10 gün açıq hava altında yaşadıq, suyu və yeməyi özümüz tapırdıq, bir-birimizə kömək edirdik. Mən xasiyyətcə elastik biriyəm, tələbkar deyiləm və çətinliklərdən və məhrumiyyətlərdən qorxmuram. Yəqin elə buna görə məni qəbul ediblər, Marta isə, təşkilatçıların fikrincə, ekipaja rəhbərlik edə biləcəyi üçün lider oldu”, deyə Allen qeyd edib.

Ritorik – kişilər 8 ay qadının rəhbərliyi altında yaşaya biləcəkmi? – sualı Alleni güldürür. “Düşünürəm ki, iştirakçıları və komandiri seçənlər nə etdiklərini yaxşı bilirdilər. İndi biz görüşürük, ünsiyyətimiz var, hər şey normaldır, heç bir problem yoxdur, eksperimentin yekunlarına görə də belə olacağına ümid edirəm”, deyə o bildirib.

Eksperimentin harada, necə bir məkanda keçiriləcəyi haqqında suala cavabda Allen deyib ki, layihə Havayda yerli universitet bazasında həyata keçiriləcək.

“Məkan 12 metr diametri olan, yarıya qədər qapalı günbəzə bənzəyir. Eksperiment zamanı o tamamilə bağlanacaq və kənardan görünməyəcək. İçəridə olanlar da bayırda baş verənləri görməyəcəklər.

Günbəzin altında 6 kayut, iki tualet var. Biz 8 ay belə bir yataqxanada qalacağıq. Doğrudur, bəzən skafandrlarla “Mars”ın səthinə çıxacağıq və müəyyən tapşırıqları yerinə yetirəcəyik”.

Eksperiment uğursuz keçə və ya pozula bilərmi? Bu suala cavabda Allen deyir ki, ekipaj 8 ay ərzində birgə yaşamağa tab gətirməsə, onun üzvləri bir-biri ilə yola getməsə, bunu uğursuzluq hesab etmək olar. Lakin seçim çox ciddi olub və iştirakçılar çox məsuliyyətli insanlardır, buna görə belə bir variantın ehtimalı çox azdır.

Özü ilə borta Azərbaycanın rəmzini aparacaqmı? – sualına cavabda Allen deyib ki, bunu məmnuniyyətlə edəcək. Amma hələ özü ilə məhz nə götürəcəyinə qərar verməyib. “Düşünürəm ki, bu, mənə sonuncu dəfə 2010-cu ildə baş çəkdiyim Bakını xatırladacaq bir şey olacaq”, deyə Allen Mirqədirov bildirib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov