Masallı sakini əmisi oğlunu güllələyib

Bütün Xəbərlər
11:29 31.12.2010
1914

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Azər Bünyadovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gün saat 20.30 radələrində rayonun Təklə kəndində qeydə alınıb. 

Kənd sakini, 1964-cü il təvəllüdlü Mirzə Əlihüseyn oğlu Cəfərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə əmisi oğlu və həmkəndlisi, 1949-cu il təvəllüdlü Abühüseyn Abı oğlu Abışova 2 dəfə atəş açaraq onu ağır yaralayıb. 

A. Abışov təcili olaraq Masallı Mərkəzi Rayon Xəstaxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dən  verilən məlumata görə, yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti hazırda ağır qiymətləndirilir. 

Hadisəni törətmiş Mirzə Cəfərov isə yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Masallı RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR