“Masallı Mamed”in sağ əli olan azərbaycanlı azadlıqda

“Masallı Mamed”in sağ əli olan azərbaycanlı azadlıqda
Bütün Xəbərlər
11:40 02.10.2014
2686

Avtoritetin yanında kriminal nüfuzlu şəxslərin olduğu da bildirilir.

Ötən ilin mart ayında üzərində "Makarov" tipli tapança aşkar olunduğu üçün həbs olunan “Rafiq Masallinski” (Rafiq Eyvazov) sərbəst buraxılıb.

AZXEBER.COM-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Rafiq Eyvazov bir neçə gün əvvəl Masallıda toy mərasimində də iştirak edib. Avtoritetin yanında kriminal nüfuzlu şəxslərin olduğu da bildirilir.

Qeyd edək ki, 2013-cü ildə “Rafiq Masallinski” Nəsimi rayonu ərazisində saxlanılmışdı. “Bandotdel”in keçirdiyi əməliyyat nəticəsində üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülmüşdü.

Xatırladaq ki, o, əslən Masallıdan olan tanınmış və mərhum “qanuni oğru” Məmməd Hüseynovun (“Masallı Mamed”) sağ əli olub.

OXŞAR XƏBƏRLƏR