Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçildi

Masallı rayonu 2020-ci ilin “Gənclər paytaxtı” seçildi
MANŞET
10:34 01.02.2020
7248
Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, "Gənclər Paytaxtı 2020" adını qazanıb.

Gənclər və İdman Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edirdi. Bu ilki səsvermə iki region Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi 7 gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya keçib və səsvermənin sonuna kimi liderlik mövqeyini əldən verməyib. Nəticədə, Masalı rayonu 40.3% səs toplayaraq, 23.4% səs toplayan Lənkəran rayonunu geridə qoyaraq, "Gənclər Paytaxtı 2020" adını qazanıb.

Qeyd edək ki, 2012-ci ildən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər Paytaxtı" internet müsabiqəsi uğurla davam edir. Bu layihə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Bu il də istisna olmamış və 24 yanvar 2020-cu il tarixindən start götürmüş müsabiqə 30 yanvar 2020-cu il tarixdə sona çatıb.

Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3602395 nəfər daxil olub ki, onlardan da 90 849 nəfəri bu ilin payına düşür.
Qeyd edək ki, hər il Gənclər Paytaxtının adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi olaraq açıqlanır və Paytaxtın "Rəmzi açarı" şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
22:00 06.03.2026
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
21:48 06.03.2026
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
21:46 06.03.2026
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
21:34 06.03.2026
ABŞ İranın Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyir - Səfirlik
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
21:24 06.03.2026
Bayram və istirahət günlərinin hava proqnozu açıqlandı
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi
21:19 06.03.2026
Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərdi
Leyla Əliyeva “Yalnız mədəniyyət” adlı musiqili tamaşanı izlədi - FOTOLAR
21:07 06.03.2026
Leyla Əliyeva “Yalnız mədəniyyət” adlı musiqili tamaşanı izlədi - FOTOLAR
Aşıq Ədalət NURAN-ı özünə tələbə götürmək istəyir - VİDEO
20:52 06.03.2026
Aşıq Ədalət NURAN-ı özünə tələbə götürmək istəyir - VİDEO
Antonio Tayani İtaliya vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib
20:48 06.03.2026
Antonio Tayani İtaliya vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub
20:46 06.03.2026
İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
20:43 06.03.2026
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
20:37 06.03.2026
Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
20:30 06.03.2026
Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub
Hava kəskin dəyişəcək
20:27 06.03.2026
Hava kəskin dəyişəcək