Masazırda avtomobillər niyə quyuya düşür?

Masazırda avtomobillər niyə quyuya düşür?
SOSİAL
21:28 30.06.2026
285
Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində yolun hərəkət hissəsində qapağı olmayan baxış quyusu sürücülərin narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, gün ərzində bir neçə avtomobil quyuya düşərək zədələnib.

AZXEBER.COM xəbər verir ki, sürücülər bildirib ki, avtomobilinin ön təkəri quyuya düşüb və ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsini çıxara bilib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıqlama verərək bildirib ki, daxil olan müraciətdən sonra əraziyə baxış keçirilib və quyunun qapağının naməlum səbəbdən yerində olmadığı müəyyən edilib.

Qurumun məlumatına görə, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib, baxış quyusunun qapağı isə qısa müddətdə yenisi ilə əvəz olunub.

milli.az
OXŞAR XƏBƏRLƏR