"Maşın" şouda iştirak edən aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, aktyora bahalı avtomobil hədiyyə edilib. Avtomobili aktyora şounun daimi tamaşaçılarından biri verib. Məsələ ilə bağlı aktyorla əlaqə saxladıq, o xəbəri nə təsdiq, nə də təkzib etdi:
"Bu haqda danışmaq istəmirəm. Hər kəs axşamı gözləsin, Murad Dadaşov hər şeyi özü açıqlayacaq.”
Qeyd edək ki, İlkin Misgərli şouda səs toplaya bilməyərək oyundan uzaqlaşıb.
Nazim Qasımzadə
AZXEBER.COM