“Maşın şou”nun səssiz qalibi: Suna Kasımoğlunu yaxından tanıyaq - VİDEO

MAQAZİN
18:12 24.10.2019
24382
AZXEBER.COM-un müsahibi "Maşın şou"nun qalibi Suna Kasımoğludur.

Tanınmış teleaparıcının evində baş tutan müsahibəni təqdim edirik:


- Sizi çox insan "Maşın” şoudan sonra tanıdı. Bir az özünüz haqda məlumat verərdiz...

- Onu deyə bilərəm ki, 48 yaşım var. Artıq 16 ildir ki, Azərbaycana yaşayıram. İki övladım var. Oğlum Nyu-Yorkda təhsil alır. Qızım isə ailə məktəbə hazırlaşır. Həyat yoldaşım isə memardı. Biz ailəlikcə etdiyimiz işləri efirdə reklam etməmişik. Həyat yoldaşım Azərbaycanda bir çox tanınmış yerlərin memarıdır.

- Necə oldu ki, Azərbaycanda yaşamaq qərarına gəldiz?

- Övladlarım çox balaca idi. Biri 3 aylıq, digərinin isə 2 yaşı var idi. Həyat yoldaşım 1 il burada işləmək adı ilə gəldi. Daha sonra dedi ki, sən də uşaqları götür gəl. O zaman mən Azərbaycana 7 çanta ilə gəldim. O gündən Azərbaycana köçdüm. Bu ölkədə rahat yaşayırıq, maşınımda çantanı rahat qoyub gedə bilirəm. Bu ölkədə 2 övlad böyütdüm. Onlar qatıldığı hər bir yerdə Azərbaycanda böyüyüb-başa çatdıqlarını etiraf edirlər. Hətta mən hansısa ölkəyə gedəndə Azərbaycanın gözəl mədəniyyətini təbliğ edirəm. Azərbaycan mənim ikinci vətənimdir. 

- Bir az da "Maşın şou" haqda danışaq. Oyun boyu sakit görünüşünüzlə diqqət çəkirdiz. Susqunluğunuzun səbəbi nə idi?

- Kamera araxasında hər kəslə dost idim. Elə ifadələr işlədirdim ki, MGP əməkdaşları və iştirakçılar deyirdirlər ki, bu sözün bizdə pis mənası var, efirdə desən biabır olarsan. Mən Murad Dadaşova da demişdim ki, səs verməyə çıxanda həyacandan danışa bilmərəm. Həyəcandan əllərim əsə bilər. Azərbaycanca səlis danışa bilmədiyim üçün sakit qalmağa üstünlük verdim. Mübarizə aparırdım, amma dalaşmırdım. Hər kəslə münasibətim yaxşı idi. Lalə ilə finala qalmasaydıq, o da məni çox istəyəcəkdi. 

- Final zamanı çox gümrah idiz. Hətt bəzi iddialara görə doppinqdən istifadə etmisiz...

- Onu deyənlərə üz tuturam ki, gəlin gedək, həkimə yoxlanaq. Mən əsgər ailəsində böyümüşəm, mübariz olmağı ailəmdən öyrənmişəm. Şounun ilk günündən bəri mən az yemək yeyirdim. İştirakçılar isə o qədər yeyirdilər ki, elə bil yemək yarışması idi. Bir də mən gecələr yatırdım. Bilirdim ki, səhər hər bir şeyi danışılacaq və xəbərdar olacam. Ən əsas da idman edirdim. Final günü Lalə mənə deyirdi ki, mahnı yoxdur, öz-özünə niyə oynayırsan? Deyirdim ki, beynimdə mahnı ifa edirəm. Bu həyatda nə əldə etdimsə, mübarizə aparıb etdim. Sevmirəm ki, yalvarışlarla nəsə əldə edəsən.

- Avtomobiliniz var. Bu maşını nə edəcəksiz?
 
- Bəli, özümün maşını var. Bildiyiniz kimi oğlum Nyu-Yorkda oxuyur. Qızım xaricdə təhsil almaq istəyir. Heç bir ana övladının elə istəyinə yox deyə bilməz. Bu qazandığım avtomobildə bir mübarizə və əmək var. Hazırki avtomobilimi satıb övladımın illik təhsil haqqın ödəyəcəm. Bu maşını isə idarə edəcəm. 
 
Nazim Qasımzadə,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:37 23.11.2020

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

23:04 23.11.2020

Teymur Rəcəbov erməni Levon Aronyana qalib gəldi

22:43 23.11.2020

Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət - VİDEO

22:23 23.11.2020

İlham Əliyev və xanımının Ağdam səfərindən - Fotolar

21:57 23.11.2020

Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

21:25 23.11.2020

Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb - VİDEO

21:06 23.11.2020

İqor Korotçenko: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

21:04 23.11.2020

Ağdama yol çəkilir - FOTO

20:53 23.11.2020

İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində olublar - FOTO-VİDEO

20:25 23.11.2020

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət etdi

20:06 23.11.2020

Mehriban Əliyeva: “Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun”

19:39 23.11.2020

Rusiya sülhməramlısı Qarabağda yaralandı

19:33 23.11.2020

Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub - FOTO

19:06 23.11.2020

İctimai iaşə müəssisələrində karantinin tələblərini tətbiq edən şəxs olacaq

19:06 23.11.2020

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

18:28 23.11.2020

İlham Əliyev: "Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək"