Maştağa yolunda 35 yaşlı kişi öldü

Maştağa yolunda 35 yaşlı kişi öldü
Bütün Xəbərlər
12:47 22.11.2014
868
Ötən gün saat 22.00 radələrində, Bakıda, Zabrat-Maştağa yolunda ölümlə nəticələnən yol qəzası baş verib.Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.Qəsəbə ərazisində Zəngilan rayon sakini 1979-cu il təvəllüdlü Elşən Quluyev idarə etdiyi “Mitsubishi” markalı avtomobili yol kənarındakı ağaca vurub.Sürücü aldığı xəsarətdən hadisə yerindəcə ölüb.Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Meyit maşından çıxarılıb.
OXŞAR XƏBƏRLƏR