‘Möcüzə’ paket yağları Analar gününü qeyd edir

‘Möcüzə’ paket yağları Analar gününü qeyd edir
Bütün Xəbərlər
18:02 01.05.2012
1808

Analar günü – anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar günü" may ayının ikinci bazar günü qeyd edilir.

AZXEBER.COM-un məlumatına görə, İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların bazar günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi.

ABŞ-da "Analar günü" ilk dəfə 1872-ci ildə məşhur Amerika pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C.Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-da, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır.

1907-ci ildə ABŞ-ın Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etmişdir. O, ilin bir gününün analara həsr olunması, yəni bu münasibətlə "Analar günü"nün qeyd olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazmışdır.

1910-cu ildə ilk olaraq Virciniya ştatı "Analar günü"nü rəsmi bayram kimi tanımışdır. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan etmişdir.

Analar günü həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır.

Erkən yaşlardan şeirlər əzbərləyib analara onları nə qədər çox sevdiyimiz göstərərdik. İllər ötdükcə analarımıza olan sevgimiz birə-iki qat daha da artır. Bəzən də yanımızda ikən qiymətini bilmirik.

Buna görə də bu xüsusi gündə bütün uşaqlar analarına hədiyyə alar və onları bu gün münasibətilə təbrik edirlər. Böyük və güclü markalar analar üçün xüsusi kampaniyalar təşkil edir. Bunların hamısı da anaları əslində bir gün deyil, hər gün xatırlamaq məqsədi daşıyır.

Azərbaycanda bu gün “Möcüzə” paket yağları ilə reallaşdırılacaq. Azərbaycanda da “Möcüzə” paket yağları kampaniyası ilə analar günü qeyd olunacaq.

Bütün anaları bu gün münasibəti ilə təbrik edirik.

OXŞAR XƏBƏRLƏR