Məcnun Məmmədov şöbə müdiri təyin etdi - FOTO

Məcnun Məmmədov şöbə müdiri təyin etdi - FOTO
SOSİAL
13:11 12.09.2026
74
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub.

AZXEBER.COM İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapital Bank"da, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şöbə müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir, Fuad Məmmədovu isə Aqrar Xidmətlər Agentliyinin sədr müavini təyin edib.

 


OXŞAR XƏBƏRLƏR