Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb
MƏDƏNİYYƏT
16:14 14.11.2021
547
Mədəniyyət Nazirliyi Əməkdar memar Rasim Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb.

AZXEBER.COM xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın tanınmış memarı və rəssamı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü, Əməkdar memar Rasim Əliyev 2021-ci il noyabrın 13-də, 87 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildiririk ki, Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olub. 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib.

Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. R.Əliyev "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri ilə təltif edilib.

Görkəmli memar Rasim Həsən oğlu Əliyevin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
Sabahın hava proqnozu açıqlanıb
13:13 04.07.2025
Sabahın hava proqnozu açıqlanıb
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
13:09 04.07.2025
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:06 04.07.2025
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
12:58 04.07.2025
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb