Media subyektlərinin media reyestri üçün müraciətləri bu tarixdə bitir

Media subyektlərinin media reyestri üçün müraciətləri bu tarixdə bitir
MEDIA
17:22 05.04.2023
163
"Media subyektərinin media reyestri üçün müraciətləri üçün sonuncu gün 14 aprel tarixdir".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli AzTV-də yayımlanan "Çıxışa doğru" verilişində bildirib.
 
Qeyd edək ki, "Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində "Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Medianın İnkişafı Agentliyinə müraciət etməlidir.

"Qeyd olunan müddəa keçid müddəa statusundadır və Qanun qüvvəyə minənə qədər artıq fəaliyyət göstərən media subyektlərinin hüquqi vəziyyəti ilə yeni yaranacaq media subyektlərinin hüquqi vəziyyətinin balanslaşdırılması xarakteri daşıyır. Media Reyestri fəaliyyətə başladıqdan 6 ay sonra Qanunun 78.3-cü maddəsi öz hüquqi qüvvəsini itirir və bu tarixdən sonra Qanunun 62.2-ci maddəsi yaranma tarixindən asılı olmayaraq bütün media subyektlərinə münasibətdə tətbiq edilir”.
OXŞAR XƏBƏRLƏR