Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "MediaMən-3” Jurnalistika Məktəbi layihəsində təlimlərə yekun vuruldu.
AZXEBER.COM xəbər verir ki, layihə rəhbəri Leyla Əliyeva bildirmişdir ki , "MediaMən-3” layihəsi jurnalist olmaq istəyən 40-a yaxın gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar öyrədir.
İki ay davam edən layihə çərçivəsində iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə etmişlər. Layihədə əsasən foto, qəzetçilik, radio,televiziya və onlayn jurnalistika dair təlimlər təşkil olunub. "MediaMən” layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunublar..