Məhəbbət Kazımovun yaxınları şikayətləndilər

Məhəbbət Kazımovun yaxınları şikayətləndilər
Bütün Xəbərlər
16:01 27.01.2014
6072

Ailəsi Mədəniyyət və Turizm Nazirliyindən onlarla maraqlananın olmadığını deyiblər

Bu gün vəfat edən əməkdar artist Məhəbbət Kazımovun yaxınları Mədəniyyət və Turizm Nazirliyindən şikayətləniblər.

Sənətçinin evinə nazirlikdən heç kimin gəlmədiyini və onlarla maraqlanmadığını bildiriblər.

"Vidalaşmaq üçün yer təşkil edilməyib. Axı bu dövlətin sənətkarıdır". Azərbaycanın əməkdar artisti bu gün səhər saatlarında keçinib. Mərhumun oğlu Rəşid Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, atasın şəkər xəstəliyindən əziyyət çəkib. "Qripə yoluxmuşdu. Bu xəstəlik atama pis təsir etdi. Onun vəziyyətini ağırlaşdırdı". Sənətçi sabah dəfn ediləcək.

OXŞAR XƏBƏRLƏR