Məhərrəm ayında ən aktual sual yenidən gündəmdə: "Ermənilər belə bu ay toy etmirdilər"

Məhərrəm ayında ən aktual sual yenidən gündəmdə: "Ermənilər belə bu ay toy etmirdilər"
SİYASƏT
16:45 24.07.2023
693
Xəbər verdiyimiz kimi miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür. Təqvimə görə, Məhərrəm ayı avqustun 17-də başa çatacaq.

Hər il Məhərrəm ayının başlaması ilə Azərbaycanda ənənəvi olaraq ən aktual mövzu müzakirə edilməyə başlanılır: Bu ayda toy etmək olar yoxsa, toy etmək günahdır?

Cəmiyyətdə bu mövzu ətrafında hər zaman mübahisəli fikirlər səsləndirilib. Maraqlı olan məqam isə, son illər bu ayda şənlik edənlərin sayında ciddi artımın olmasıdır. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Aqil Abbas Məhərrəm ayında toy etməyin doğru olmadığını düşünür:

"Kim bu ənənəyə hörmət etmək istəmirsə, özü bilər, öz işidir. Ancaq mən  1970-ci ildən Bakı şəhərindəyəm. Məhərrəm ayında nəinki azərbaycanlılar, Bakıda yaşanan ermənilər, ruslar, yahudilər də toy etmirdi. Qeyri-millətlər belə həmin aya hörmətlə yanaşırdılar. Şənlik etmirdilər ki, qonşumuzda yasdı. Onlar belə bu adətə, Kərbəla müsibətinə hörmət ediblər”.

AZXEBER.COM-a danışan digər həmsöhbətimiz İlahiyatçı  Hacı Təyyar Hüseynli bildirib ki, Azərbaycan xalqının bu aya olan münasibəti bəllidir:

"Uzun illərdir xalqımız Məhərrəm ayına xüsusi həssaslıqla yanaşıb. Əzəldən toy, şənlik etməyərək bu aya diqqət nümayiş etdiriblər. Bu dini dəyərlərə hörmətdən yanaşı, həm də ata-babalara, tarixi keçmişimizə  sayğıdan qaynaqlanıb. Aparılan müzakirələrdəki toy etmək olarmı, yoxsa yox bu şəxsi yanaşma məsələsidir. Bizim millət olaraq matəm günlərimiz var. Məhz həmin gündə şənlik keçirənlər cəmiyyətdə qınaq obyektinə çevrilir. Biz necə 20 Yanvar, Xocalı faciəsini qan yaddaşımızdan silə bilərik? Məhərrəm ayında da islam peyğəmbərinin ailə üzvlərinə divan tutulub. Kərbəla hadisəsi uzun illər Azərbaycan klassiklərinin, dünya mütəfəkkirlərinin əsərlərində yer alıb”.

Hacı Təyyarın sözlərinə görə, bu ayda toy etməyi təbliğ edən şəxslərə cəmiyyət öz layiqli cavabını çoxdan verib:

"Kimlərsə, Məhərrəm ayında toy etməliyik tendensiyasını formalaşdırmağa çalışır. Qeyd etdiyim kimi, bu şəxsi yanaşma məsələsidir. Ancaq İslam üçün mənəvi sualdır ki, sən peyğəmbərin ailə üzvünə qarşı baş verən faciədən xəbərsiz idinmi? Bəzi İslam alimlərinin ümumi rəyi var ki, Aşura günü istisna olmaqla, Məhərrəm ayında şənlik etmək olar. Amma məncə, bir ay dözməklə heç kim heç nə itirmir".

Şəbnəm Zahir

Yazı Medianın İnkişafı Agentliyinin "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi