Onu Bakı sakinini odlu silahla yaralamaqda günahlandırırlar Bakı sakini odlu silahla yaralanıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, bir neçə gün əvvəl Bakı şəhər sakini Ruslan Zeynalov bud nahiyəsinin kəsilmiş xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib. O, izahatında xəsarəti yıxılma nəticəsində aldığını bildirib. Araşdırma zamanı R.Zeynalovun xəsarəti odlu silahdan açılmış atəş nəticəsində alması müəyyən edilib. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məhərrəm Əliyev tutulub. Ondan "Makarov" markalı tapança aşkar edilərək götürülüb.