Məhkəmə Alla Puqaçova ilə bağlı qərar verdi

Məhkəmə Alla Puqaçova ilə bağlı qərar verdi
MAQAZİN
15:48 24.06.2026
268
Rusiyanın məşhur estrada ulduzu, Xalq artisti Alla Puqaçova kommunal xidmətlərə görə yığılan borclarını ödəməli olacaq.
 
AZXEBER.COM rusiya mətbuatına istinadən xəbər verir ki, istilik təchizatı şirkəti tərəfindən sənətçiyə qarşı iki iddia qaldırılıb.
 
Məhkəmə iddiaları təmin edərək Puqaçovanın borcunun tutulması barədə qərar çıxarıb.
 
Borcun ümumi məbləğinin təxminən 17 min rubl olduğu bildirilir.

Bundan əvvəl isə müğənninin Moskvanın Arbat rayonunda yerləşən mənzilinə görə 8 min 722 rubl məbləğində elektrik enerjisi borcu yarandığı barədə məlumat yayılmışdı.

Qeyd olunur ki, hazırda həmin mənzil satışa çıxarılıb. Daşınmaz əmlak üçün təxminən 400 milyon rubl tələb olunur.
 
Məlumta görə hazırda eyni elit yaşayış kompleksində yerləşən oxşar mənzillərin qiyməti 500 milyon rubla qədər yüksəlib.

Aysel
OXŞAR XƏBƏRLƏR