Məhkəmə üç hakimi cəzalandırıldı

Məhkəmə üç hakimi cəzalandırıldı
Bütün Xəbərlər
21:13 13.02.2012
1233
Azərbaycanda 3 məhkəmə hakimi cəzalandırılıb. 
Məhkəmə-Hüquq Şurasından  Trend-ə verilən məlumata görə, bu gün Şuranın növbəti iclası keçirilib. İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq, fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verildiyinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova, Qəbələ rayon məhkəməsinin hakimi Tofiq Məmmədova və Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayevə töhmət verilib.
OXŞAR XƏBƏRLƏR