Mehriban Əliyeva Kəlbəcərdə media işçilərinin minaya düşərək həlak olması ilə bağlı paylaşım etdi

Mehriban Əliyeva Kəlbəcərdə media işçilərinin minaya düşərək həlak olması ilə bağlı paylaşım etdi
SOSİAL
20:56 04.06.2021
891
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva iyunun 4-də Kəlbəcərdə media işçilərinin minaya düşərək həlak olması ilə bağlı şəxsi instaqram səhifəsində paylaşım edib.

AZXEBER.COM-un məlumatına görə, mətndə deyilir:

"Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür!Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun!".
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ" yoxlama oyununda rəqibini darmadağın etdi
21:10 27.06.2026
"Qarabağ" yoxlama oyununda rəqibini darmadağın etdi
Neftin qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA
21:06 27.06.2026
Neftin qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA
90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
20:57 27.06.2026
90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”