Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi - Fotolar

MANŞET
10:28 31.05.2019
8913
Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.
 
AZXEBER.COM xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu  eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona  göstərilən diqqətə və qayğıya  görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. 
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR