"Mehriban Əliyevanın Moskva səfəri Rusiya ilə münasibətləri daha da möhkəmləndirəcək"

"Mehriban Əliyevanın Moskva səfəri Rusiya ilə münasibətləri daha da möhkəmləndirəcək"
SİYASƏT
16:25 26.11.2019
6195
Azərbaycanla Rusiya arasında münasibətlər qədim tarixə, mehriban qonşuluq və dostluq ənənələrinə əsaslanır. Rusiya Federasiyası ilə əməkdaşlıq məsələsi dövlətimizin xarici siyasətində həmişə prioritet təşkil edib. Bu gün də hər iki ölkənin liderləri bu münasibətlərin daha da dərinləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi istiqamətində uğurla fəaliyyət göstərirlər. Bütün sahələr üzrə müsbət dinamika müşahidə edilir.
 
Dövlət başçıları səviyyəsində müntəzəm siyasi dialoq aparılır. Azərbaycan və Rusiya beynəlxalq arenada da bir-birinə dəstək verirlər. Zaur Mirzə-zadə bu barədə fikir və düşüncələrini bölüşərkən bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Moskvaya rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə də bütün bunlar barəsində söhbət getdi. Mehriban xanım Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə ona RF-nin "Dostluq” ordeninin təqdim olunması Moskva–Bakı münasibətlərinin nə dərəcədə yüksək zirvələrə qalxdığını göstərdi.
 
Rusiya Prezidenti Novo-Oqaryovadakı iqamətgahında Mehriban xanım Əliyeva ilə görüşərkən, ilk növbədə, Azərbaycan Prezidenti ilə böyük etimada əsaslanan mehriban münasibətləri olduğunu bəyan etdi. Eyni zamanda, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin artan həcmindən məmnun olduğunu bildirdi. Onun sözlərinə görə, bu ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb.
 
V.Putin Azərbaycanda rus dili və mədəniyyətinə münasibətin qorunub saxlanmasını yüksək qiymətləndirdi. Mehriban xanım Əliyeva isə Moskvanın onun üçün yaxın, doğma şəhər olduğunu, tələbəlik illərinin burada keçdiyini dedi. Rusiyanın yüksək dövlət mükafatı – "Dostluq” ordeni ilə təltif edildiyinə görə təşəkkürünü bildirdi və Prezident İlham Əliyevin salamlarını Prezident Vladimir Putinə çatdırdı. Mehriban xanım Əliyeva Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlərin yüksək səviyyədə olduğunu, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəslənildiyini qeyd etdi: "Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir.
 
Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir”. Mehriban xanım Əliyeva Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya hökumətinin sədri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən də hərarətlə qarşılanıb. Azərbaycanın Birinci vitse-prezidenti Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulmuş "Azərbaycan” pavilyonunun açılış mərasimində iştirak və çıxış edib.
 
Bütün bunlar şimal qonşumuz Rusiyanın Azərbaycanla yüksək səviyyəli münasibətindən xəbər verir. İnanırıq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskvaya səfəri bu münasibətləri daha da möhkəmləndirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
16:00 13.10.2026
İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
15:59 13.10.2026
“Dövlət süni şəkildə müqəddəsləşdirilən məsələlərə qarşı çıxır” - Deputat
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
15:55 13.10.2026
Limon, sarımsaq, isti çay: Qriplə bağlı xalq arasında yayılan məsləhətlər nə dərəcədə doğrudur?
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
15:47 13.10.2026
Vətəndaşın aldığı ciyərdə ağ düyünlər aşkarlandı: Qida ekspertindən açıqlama
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
15:39 13.10.2026
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
15:35 13.10.2026
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
ƏMAS-da yenilik - Artıq...
15:24 13.10.2026
ƏMAS-da yenilik - Artıq...
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
15:22 13.10.2026
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs dünyasını dəyişdi
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib