Məhsulu istifadə edib geri qaytarırlar: Mağazalarda gigiyena problemi böyüyür?

Məhsulu istifadə edib geri qaytarırlar: Mağazalarda gigiyena problemi böyüyür?
SOSİAL
12:54 07.09.2026
672

Mağazalarda bəzi müştərilərin məhsullardan istifadə qaydası və şəxsi gigiyena məsələləri narazılığa səbəb olub. 

Bir vətəndaş sosial şəbəkədə paylaşım edərək mağazada bir müştərinin satılan daraqları saçında yoxladıqdan sonra onlardan birini almasını tənqid edib.

Vətəndaş bildirib ki, bu cür davranış gigiyenik baxımdan narahatlıq yaradır və müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər.

Həmçinin geyim mağazalarında bəzi müştərilərin paltarları dəfələrlə ölçməsi nəticəsində məhsullarda xoşagəlməz qoxu və çirk izlərinin yarandığını qeyd edib. 

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçıların məhsullardan istifadə zamanı gigiyenik qaydalara əməl etməsi vacibdir:

"Çox təəssüflər olsun ki, istehlakçılar gigiyenik qaydalara əməl etmirlər və mənim də böyük günahım var ki, istehlakçıları bu barədə maarifləndirməmişəm. Bu problem yaşanır və onu da qeyd edim ki, qaytarılan mallar bəzən satıcılar tərəfindən olduğu kimi satışa qoyulur. Ona görə də mağaza sahibləri diqqətlə bu məsələyə nəzarət etsinlər. Çox təəssüf olsun ki, alverçilikdə bu barədə boşluqlar var. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Bundan bəri dəyişməyib. Qanun yenilənməlidir və Nazirlər Kabinetinin 94 saylı qərarında ticarətçilər üçün bəzi tövsiyələr var. Burada da bu kimi hallar nəzərə alınmalıdır". 

Ekspert qeyd edib ki, bəzi hallarda istehlakçılar mağazalardan aldıqları geyimləri istifadə etdikdən sonra geri qaytarmağa çalışırlar: 

"İstehlakçı mal alır, bahalı don alır, gedir geyinir, toya gedir, səhəri gün qaytarmaq istəyir. Gəlib bizə müraciət edir. Mən mağaza sahibi ilə dialoq aparıram. O deyir ki, "Müəllim, qoxu gəlir bundan. Geyinibdir, bir dəfə geyinib və s. Məcbur olub gedib toydan”. O şəkilli gətirir və istehlakçı bundan soruşur. Bunlar olmadığından ticarətçilər və istehlakçılar qeyri-qanuni hərəkətlər edirlərsə, o cür də davranırlar. Bu, əlbəttə, normal hal deyil. Ona görə də istehlakçılar mal alan zaman məcburdurlar ki, mala çox diqqətlə baxsınlar".


E.Hüseynovun sözlərinə görə, mağazalarda məhsulların satışa çıxarılmasından əvvəl onların vəziyyətinə və gigiyenik tələblərə uyğunluğuna diqqət yetirilməlidir: 

"Çünki qanunlardakı zəifliklər biznes qurmaq üçün yaradılan rahat şəraitdən biznes qurumları rahat istifadə edirlər və bəzən bu cür istehlakçılar tərəfindən az da olsa istifadə olunmuş malın satışa çıxarılmasına yol verilmir. Bu, əlbəttə, normal hal deyil".

Fəridə Əsədzadə

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
16:41 23.10.2026
Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
16:22 23.10.2026
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
16:20 23.10.2026
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanıldı
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
16:18 23.10.2026
Köhnə binalarda mənzil almağın riskləri nələrdir? – Sənədlərdən təmirə qədər
Arif Mərdanov kollektivə təqdim olundu
16:13 23.10.2026
Arif Mərdanov kollektivə təqdim olundu
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
16:06 23.10.2026
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
15:49 23.10.2026
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər!
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
"Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim" - Prezident
14:50 23.10.2026
"Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim" - Prezident