AZXEBER.COM oxu.az-a istinadla xəbər verir ki, Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru Alidə Hüseynova dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları məlumat yayıblar.
Təhsil işçisinin ölüm səbəbi hələlik açıqlanmayıb. Alidə Hüseynovanın vəfatı rayonun təhsil ictimaiyyəti və yaxınları arasında kədərlə qarşılanıb.