Məktəbdə ‘moyka’ açdığı iddia olunan direktorun yaxını danışdı – AÇIQLAMA

Məktəbdə ‘moyka’ açdığı iddia olunan direktorun yaxını danışdı –  AÇIQLAMA
Bütün Xəbərlər
14:23 12.08.2015
1736

“Mətbuatda yayılan informasiyaların heç bir əsası yoxdur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında 158 nömrəli məktəbin müəlliməsi Pərvin Abdullayeva məktəbin keçmiş direktoru Zemfira Səmədova haqqında yayılan informasiya ilə bağlı danışarkən söyləyib. P.Abdullayeva Zemfira Səmədovanın məktəbdə hansısa qeyri-qanuni fəaliyyətinə görə yox, yaşına görə uzaqlaşdırıldığını bildirib:

“Mətbuatda yayılan informasiyaların heç bir əsası yoxdur. Zemfira Səmədova əməkdar müəllimədir və o öz yaşına görə tutduğu vəzifədən azad edilib. Burada hansısa bir qanunsuz fəaliyyətdən söhbət gedə bilməz”.

Həmçinin redaksiyamızla əlaqə saxlayan direktorun yaxınları Z.Səmədovanın həyat yoldaşının bir neçə il bundan öncə vəfat etdiyi qeyd ediblər.

Xatırladaq ki, bu gün müxtəlif KİV-lərdə təhsil nazirinin işdən çıxardığı məktəb direktoru ilə bağlı informasiya yayımlanıb.

Yayılan məlumatda, 25 ilə yaxındır məktəbin direktorluğunu edən Z.Səmədovanın işinə nazirlik məktəbdə apardığı yoxlamadan sonra xitam verildiyi qeyd olunub. Məlumata görə, direktor Z.Səmədovanın bütün ailə üzvləri məktəbdə çalışırmış. Xanım direktorun həyat yoldaşı Orxan Səmədov məktəbin mühafizə xidmətini həyata keçirib. Direktorun bir oğlu və Sevinc adlı qızı da uzun müddətdir 158 nömrəli məktəbdə işləyir. Məlumata görə, Sevinc müəllimə hazırda da məktəbdə iqtisadiyyat fənnindən dərs deyir. Mənbə qeyd edib ki, 2013-cü ilə qədər məktəb təmirsiz olub və təmirə qədər direktor məktəbin bir hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.

OXŞAR XƏBƏRLƏR