Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?

Məktəblərdə yoluxma halları artarsa, dərslər dayandırıla bilərmi?
SOSİAL
15:30 23.09.2020
1294
Təhsil Nazirliyinin açıqladığı statistikaya görə, yeni dərs ili başlayandan bu günədək 105 şagird və məktəblərdə işləyən 33 nəfərdə koronavirus aşkarlanıb. Eyni zamanda yoluxma səbəbindən Quba rayonunun Qamqam kənd orta məktəbində əyani formada tədris dayandırılıb, distant formaya keçilib. Bu günədək distant təhsilə keçən siniflərin sayı isə 6-dır. 

Bəs yoluxma artarsa, məktəblər yenidən bağlana bilərmi?

AZXEBER.COM xəbər verir ki, Təhsil Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, "Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərara əsasən, kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir.

Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla "Report”a açıqlamasında qapalı məkanlarda karantin qaydalarına əməl edilməməsi nəticəsində yoluxmaların artdığını söyləyib: "Uşaqlarda virus özünü əlamətsiz göstərir. Bəzən onlar yoluxma mənbəyi kimi də çıxış edirlər. Ona görə də müəllimlər ehtiyatlı olmalıdırlar. Əllərin dezinfeksiyasına, maska tapmaq məsələlərinə ciddi fikir verməlidirlər. Müəllimlər qapalı mühitdə oturur, söhbət edirlər. Bəzi məktəblərdə standartlara uyğun şərait yoxdur. Buna görə də müəllimlər tənəffüs vaxtı mümkün qədər açıq havada olsun və gəzişsinlər. Nəinki qapalı müəllimlər otağında maskasız söhbət etsinlər. Bu səbəbdən müəllimlərə ciddi təlimatlar verilməlidir. Yoluxmalar artsa belə, məktəbləri bağlamaq yox, yoluxanları izolyasiya, məktəbi dezinfeksiya etdirmək və sərt karantin rejiminə ciddi əməl etmək lazımdır”.

Təhsil eksperti Elçin Süleymanov isə "Report”a deyib ki, məktəblərdə yoluxma olarsa, lokal qaydada məktəb və ya siniflər bağlanacaq: "Qubada yoluxma aşkar olunandan sonra məktəbi bağlayıblar. Bu proses bu şəkildə davam edəcək. İnkişaf etmiş ölkələrin çoxunda buna bənzərdir. Yəni bütün təhsil sistemini bağlamaq yox, lokal olaraq məhdudlaşdırılması həm prosesi təhsil alanlar üçün təhlükəsiz edir, həm də ölkə təhsil prosesindən qopmamış olur. Çünki bütün ölkə üzrə bölgələrin narıncı və sarı zona olmasından asılı olmayaraq, bütün ölkəyə eyni standartın tətbiq edilməsi düzgün olmaz. Yoluxan, yoluxmayan və risk olmayan bölgələr var”.

Onun sözlərinə görə, virusdan qorunmaq üçün ən düzgün yol məktəbə gələn şagirdlərin temperaturunun ölçülməsi, gigiyenik vasitələrdən istifadə edilməsidir: "Yoluxmalar müəllimlərin qaydalara əməl etməməsindən qaynaqlanıb. Deməli, qaydalara riayət olunarsa, ciddi fəsad olmaz. Mütləq xəstə, temperaturu olan birinin məktəbə girişini əngəlləmək lazımdır. Burada həm valideynlər, həm də məktəb məsuliyyətli olmalıdır”.

Mütəxəssis hesab edir ki, məktəblər də cəmiyyətin bir hissəsi olduğundan yoluxmaların olması normaldır: "Yəni sırf məktəbləri infeksiya, yoluxma mənbəyi kimi düşünmək səhv olardı. Çünki yoluxmalar hər tərəfədə, marketdə, avtobusda və başqa yerlərdə, həmçinin məktəbdə var. Amma məktəbdə qoruyucu addımlar daha çox atılır, nəinki nəqliyyatda və küçədə. Düşünürəm ki, Təhsil Nazirliyinin prosesi bu cür idarə etməsi düzgün addımdır. Gələcəkdə yoluxanların sayı tez və sürətli şəkildə artarsa, o zaman bağlana bilər, amma bu statistikadan, yoluxmanın mənbəyindən asılıdır. Bunlar dəqiq analiz edildikdən sonra qərar verilə bilər”.

Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev də pandemiya dövründə məktəbləri tam bağlı saxlamağı düzgün mübarizə üsulu saymır: "Müəyyən formada məktəblərin açılması ilə bağlı yumşalmalar olmalıydı və biz bu yumşalmaları təqdirəlayiq hesab edirik. Bu, inkişaf etmiş bütün ölkələrdə belədir. Amma yumşalmalarla yanaşı, şagirdlər arasında virusun hansı şəkildə yayılması mütləq olaraq öyrənilməlidir və buna uyğun da növbəti addımlar atılmalıdır. Bunun üçün də bir sıra ölkələrdə olduğu kimi uşaqlar və müəllimlər arasında, hətta məktəbdaxili yoluxma faizinin müəyyənləşdirilməsi üçün elmi tədqiqatlar aparılmalıdır. Müəllim və şagird heyəti arasında yoluxmanın dərhal aşkarlanması üçün tibbi göstəriş daxilində mütəmadi olaraq test aparılmalıdır”.
 
Onun fikrincə, valideynlər də müəllim və məktəb rəhbərləri kimi öz məsuliyyətini dərk etməlidirlər: "Əgər məktəblərdə yoluxma artırsa, bu, qaydalara əməl olunmamasından irəli gəlir. Bu da məktəblərin bağlanmasına gətirib çıxara bilər. Digər tərəfdən, müvafiq orqanlar da düşünməlidir ki, niyə görə 5 000 nəfərdən çox valideyn uşağını məktəbə qoymur. Fikrimcə, burada inam məsələsi çox böyük rol oynayır. Valideynlərin də inamını qaytarmağın yeganə yolu görülməli olan elmi tədqiqatlarla və tədqiqatların nəticəsinə əsaslanan faktlarla açıq danışmaqdan başlayır”.

Qeyd edək ki, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar bu ilin martın 3-də Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılmışdı. Dərslər isə onlayn şəkildə keçirilmişdi. Məktəblər yalnız yeni tədris ilində - sentyabrın 15-də açılıb. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
21:37 23.08.2026
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
21:25 23.08.2026
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
21:11 23.08.2026
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
21:02 23.08.2026
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
20:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
20:34 23.08.2026
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20:24 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
20:14 23.08.2026
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
20:05 23.08.2026
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
20:04 23.08.2026
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
19:53 23.08.2026
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
19:30 23.08.2026
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur