“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı

“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
SOSİAL
01:15 11.10.2026
297
"Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Azərbaycan müəllimi”nə Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqi yeni təcrübə deyil və dünyanın müxtəlif ölkələrində mövcuddur:

"Hələ bolşevik inqilabından əvvəl-Çar Rusiyası dövründə rus-tatar məktəblərində xüsusi şagird geyimləri vardı. Bütün şagirdlər həmin geyimlərdən istifadə edirdilər. Bu gün də dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə məktəb və liseylərin özünəməxsus formaları var. Bəzi ölkələrdə geyim formaları məktəbdən-məktəbə fərqlənir, bəzilərində isə ölkə üzrə vahid forma tətbiq olunur. Yəni bu, yeni məsələ deyil və biz burada özümüzdən heç nə icad etmirik”.

S.Rüstəmxanlı bildirib ki, vahid məktəbli formasının əsas üstünlüklərindən biri uşaqlar arasında maddi və sosial fərqlərin nəzərə çarpmamasıdır:
 
"Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Onlar arasında qısqanclıq, inciklik və bir-birinə söz atmaq üçün səbəblər azalır, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır”.

Xalq şairi öz məktəb illərini xatırladaraq vahid geyim formasının şagirdlərdə kollektivə bağlılıq və intizam hissi formalaşdırdığını da qeyd edib:

"Mən özüm rayonda internat məktəbində oxumuşam. Bizə ildə iki dəfə məktəbli geyimi verilirdi və hamımız eyni formada dərsə gedirdik. Bu bizim üçün sanki bayram idi. Hamımız özümüzü bir kollektivin üzvü kimi hiss edirdik. Mənə elə gəlir ki, eyni formada məktəbə gəlmək uşaqlarda müəyyən mənada əsgər intizamı da yaradır, onları gələcəkdə Vətəni qorumaq məsuliyyətinə hazırlayır”.

S.Rüstəmxanlı hesab edir ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına qarşı yönəlməyib. Buna görə də məktəbli formasının tətbiqini dini etiqad azadlığı ilə əlaqələndirərək başqa istiqamətdə təqdim etmək doğru deyil:

"Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 15-16-17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması, bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm”.

O, Azərbaycanda dini dəyərlərə və baş örtüyünə münasibətin tarixən formalaşmış ənənələrə əsaslandığını bildirib:

"Azərbaycanda dinə münasibət, məncə, çox yüksək səviyyədədir. Xalqımız sovet dövründə dinə qarşı qadağaların tətbiq edildiyi, məscidlərin dağıdıldığı mərhələlərdən keçsə də, öz inancını və əqidəsini qoruyub saxlayıb. Bundan sonra da qoruyub saxlayacaq. Bizim cəmiyyətimizdə baş örtüyü həmişə olub. Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar. İnsanlar həm şəhərlərdə, həm də kəndlərdə öz ənənələrinə uyğun geyiniblər və bu, heç vaxt narahatlıq doğurmayıb”.

Xalq şairinin fikrincə, son illər hicab mövzusunun geniş müzakirə obyektinə çevrilməsində kənar siyasi təsirlərin də rolu var:

"Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər”.

S.Rüstəmxanlı onu da əlavə edib ki, məktəbdə geyimlə bağlı tələblərə ilk növbədə uşaqların birgə təhsil alması və sağlam münasibətlər qurması baxımından yanaşılmalıdır:

"Əgər bir sinifdə fərqli dini geyim formasından istifadə olunması uşaqlar arasında narahatlıq yaradırsa, həmin geyimdən istifadə edənlərlə etməyənlərin bir-birinə münasibətini soyudursa, buna ehtiyac yoxdur. Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər. Məktəbdən kənarda isə hər kəs öz dini inancını və geyim ənənəsini davam etdirə bilər. Mənim arzum odur ki, bütün uşaqlarımız məktəbdə bir-birinə hörmətlə yanaşaraq, ayrı-seçkilik olmadan, dostluq və qardaşlıq mühitində böyüsünlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar